RU

Aysel Murad Adıgözəlzadədən boşanır?

Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin həyat yoldaşı olan müğənni Aysel Teymurzadə ilə ayrıldığı bildirilir.

OLAY-ın məlumatına görə, Ayselin ötən günlərdə Zəhra Bədəlbəylinin toyuna tək qatılması və instaqramı son zaman aktiv istifadə etməsi də iddiaları gücləndirən səbəblərdir.

Demokrat.az isə iddia edib ki, Ayselon boşanma ilə bağlı sənədləri hazırda mediasiya idarəsindədir.

Məlumata görə, bir neçə müddətdir ki, Aysel Teymurzadə Murad Adıgözəlzadə ilə ayrı yaşayır.

Məsələ ilə bağlı Murad Adıgözəlzadə Demokrat.az-ın telefon zənglərinə cavab verməyib, Aysel Teymurzadə isə müxbirimizin sualına cavab verməkdən imtina edərək, dəstəyi asıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
31
olay.az

10Источники