RU

Yığmanın baş məşqçisi medianı “satqınlıq”da ittiham etdi

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Avropa çempionatında millinin taktikası ilə bağlı məlumatların ölkə mətbuatına sızmasından narazıdır.

Sportinfo.az “TalkSPORT”-a istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı bu turnirdə qalib gəlməyə çalışdıqlarını bildirib:

“Biz bu turnirdə qalib gəlməyə çalışırıq və məşq meydanını tərk etdikdən iki saat sonra öz mediamız taktiki məlumat sızdırır.

Onlar bunu məlumatı düşərgənin içindən aldıqlarını söyləməklə əsaslandırırlar və bəlkə də, bu, doğrudur.

Amma bu, komandaya necə kömək edir? Fərqli oynamağımızı gözləyən isveçrəlilərə görə biləcəyimiz işlər barədə məlumat çatdırmaq komandaya necə kömək edir?”

İngiltərə millisi Avropa çempionatında yarımfinala yüksəlib. İngilislər bu mərhələdə Niderland yığması ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
sportinfo.az

1Источники