RU

15 milyon dollarlıq müqavilədən imtina etdi

Üç çəki dərəcəsində məğlub olmayan dünya çempionu, amerikalı Şakur Stivenson (22-0, 10 KO) Bob Arumun rəhbərlik etdiyi “Top Rank” promouter şirkəti ilə əməkdaşlığı davam etdirməkdən imtina edib.

Publika.az xəbər verir ki, Stevensona 15 milyon dollar dəyərində beş döyüşdən ibarət müqavilə təklif olunub. Lakin onun cavabı “yox” olub.

Şakur Stivensonun 27 yaşı var. Amerikalı döyüşçü 2016-cı il Olimpiadasının gümüş mükafatçısı olub. 2017-ci ildə peşəkar rinqdə debüt edib və 2019-cu ilin oktyabrında WBO (57,2 kq-a qədər) titulunu qazanıb.

2021-ci ilin oktyabrında Stevenson həmyerlisi Ceymei Herrinqdən ikinci yüngül çəkidə (59 kq-a qədər) WBO titulunu alaraq iki divizionda çempion olub. bundan sonra WBC titulunun sahibi meksikalı Oskar Valdezi məğlub edərək vahid çempion olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
publika.az

1Источники