İsveç hakimiyyəti Rusiyanı krallıq üçün ən ciddi təhlükə hesab edir. Bu barədə RİA Novosti yazır.
Agentliyin məlumatına görə, İsveç hökuməti bir gün əvvəl yeni təhlükəsizlik strategiyasını dərc edib.
Strategiyada deyilir: “Rusiya indiki vaxtdan 2030-cu ilə qədər milli təhlükəsizliyimizə ən böyük təhdiddir”.
Siyasətçilər həmçinin hesab edirlər ki, mövcud təhlükəsizlik vəziyyəti yaxın gələcəkdə də davam edəcək, lakin onun daha da pisləşməsi riski var.