RU

Xaçatryanın ABŞ-dakı malikanəsi satışa çıxarıldı: vəsait görün hara veriləcək

Amerika məhkəməsinin qərarı ilə Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus ABŞ-da yerləşən malikanə müsadirə edilərək ən yüksək bazar qiymətinə satılacaq.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Ermənistan hüquq-mühafizə orqanı və ABŞ-ın səlahiyyətli orqanları hazırda malikanənin satışı nəticəsində əldə olunacaq vəsaitin böyük hissəsinin Ermənistana qaytarılması məsələsini müzakirə edirlər.

Baş Prokurorluq xatırladıb ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən Qurgen və Artem Xaçatryana (Qaqik Xvçatryanın oğulları) qarşı başlanmış cinayət işi, o cümlədən çirkli pulların yuyulması (Artem Xaçatryana qarşı iş) üzrə cinayət işi məhkəməyə göndərilib.

Qurgen Xaçatryan axtarışa verilib. Qaqik Xaçatryan tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda oğurluq, çirkli pulların yuyulmasında iştirak və xüsusilə külli miqdarda rüşvət alma cinayətləri hazırda İrəvanda ümumi yurisdiksiyanın birinci instansiya cinayət məhkəməsində araşdırılır.

ABŞ-ın səlahiyyətli orqanlarının da təşəbbüsü ilə 2024-cü il iyunun 14-də mülki qeyri-qanuni mənşəli əmlakın müsadirə edilməsi üçün icraat aparılan Qurgen və Artem Xaçatryan ABŞ dairəsinə təqdim edilib. Əmlakın müsadirəsi ilə bağlı razılığın əldə edilməsi barədə vəsatət məhkəmə tərəfindən icraata qəbul edilib. Müqavilə məhkəmənin 30 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
2
publika.az

3Источники