RU

"Qarabağ" bu gün yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ilk matçında Almaniyanın "Kayzerslautern" komandası ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

 

"Köhlən atlar" ikinci görüşdə Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.

 

"Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
4
modern.az

10Источники