RU

Naxçıvanda dövlət büdcəsinə özəlləşdirmə və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub

Naxçıvanda

Naxçıvan, 9 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun ayları ərzində Naxçıvanda 22 hərrac keçirilib. Həmin hərraclarda 5 qeyri-yaşayış obyektinin, 15 torpaq sahəsinin, 1 nəqliyyat vasitəsinin və 1 faydalı qazıntı yatağının satışı təşkil olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz çoxdur. Qeyd olunan müddət ərzində keçirilən hərraclardan daxil olmuş xidmət haqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə artıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Biznes Mərkəzində keçirilən "Naxçıvan Muxtar Respublikasında şəffaf və rəqabətli hərrac" mövzusunda tədbirdə muxtar respublika iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov söyləyib.

Nazir müavini bildirib ki, cari ilin əvvəllərindən başlayaraq daşınmaz dövlət əmlakının icarəyə verilməsi sahəsində də mühüm tədbirlər həyata keçirilib. Yanvar-iyun ayları ərzində 59 yeni icarə müqaviləsi bağlanılıb. Həmin müqavilələrin 30-u qeyri-yaşayış, 29-u isə torpaq sahələrinə dair olub. Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 137,3 min manat vəsaitin ödənilməsi təmin edilib. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 faiz artıb. Ümumilikdə, cari ilin 6 ayında özəlləşdirmədən və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

 

Избранный
111
1
azertag.az

4Источники