RU

Bayden və Stoltenberq Kiyevdəki əsas uşaq xəstəxanasına raket hücumlarını pisləyib

Bayden və Stoltenberq Rusiyanın Ukraynaya, o cümlədən Kiyevdəki əsas uşaq xəstəxanasına raket hücumlarını pisləyib.

“Rusiyanın bu gün onlarla ukraynalı mülki şəxsin ölümünə səbəb olan raket zərbələri, eləcə də Kiyevin ən böyük uşaq xəstəxanasında tələfat və dağıntılar Rusiyanın qəddarlığının dəhşətli bir xatırlatmasıdır”, deyə ABŞ prezidentinin Ağ Ev tərəfindən dərc edilmiş bəyanatında açıqlanır.

Bayden əlavə edib ki, Vaşinqton və onun NATO müttəfiqləri bu həftə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni tədbirlər elan edəcəklər.

NATO-nun baş katibi Yens Stoltenberq də Pentaqonda ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşündə Rusiyanın hərəkətini pisləyib. Baş katib əlavə edib ki, Vaşinqtonda keçiriləcək sammitdə Ukraynaya dəstəyin daha da gücləndirilməsi ilə bağlı qərar veriləcək.

“Rusiya başa düşməlidir ki, onlar bizi gözləyə bilməzlər. Onlar danışıqlar masası arxasına əyləşib Ukraynanın suveren müstəqil dövlət kimi üstün olacağı barədə qərar qəbul etməli olacaqlar”, deyə Stoltenberq bildirib.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
hurriyyet.az

1Источники