RU

Albaniyada ilk sınaq

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda mübarizəyə bu gün start veriləcək.

İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirin qrup mərhələsində ilk turun qarşılaşmaları baş tutacaq.

A qrupunda mübarizə aparan Azərbaycan millisi ilk matçına çıxacaq. Tahir Baxşıyevin yetirmələri Albaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız iyulun 10-da saat 16:30-da Moldova, ertəsi gün saat 16:30-da Malta ilə qarşılaşacaq.

U-16-lar (oğlanlar) arasında Avropa çempionatı
C divizionu, A qrupu
I tur, 9 iyul
21:30. Albaniya – Azərbaycan

Feti Borova Milli Olimpiya Mərkəzi

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
91
idman.biz

1Источники