RU

Bayden Rusiyanın Kiyevdəki uşaq xəstəxanasına hücumuna reaksiya verib

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynadakı uşaq xəstəxanasına raket hücumlarını “Rusiyanın qəddarlığının dəhşətli xatırlaması” kimi qiymətləndirib. Bizimyol.info “AA”ya istinadən xəbər verir ki, Prezident Bayden Rusiyanın Ukraynaya raket hücumları ilə bağlı yazılı açıqlama verib. Bayden: “Onlarla ukraynalı mülki vətəndaşın ölümünə səbəb olan, Kiyevin ən böyük uşaq xəstəxanasında dağıntı və tələfatla nəticələnən Rusiyanın raket zərbələri Rusiyanın vəhşiliyini dəhşətli xatırladır”, -deyib. Dünyanın Ukraynanın yanında olmağa davam etməsinin və “Rusiya təcavüzünün” diqqətdən kənarda qalmamasının kritik olduğunu deyən Bayden, bu həftə paytaxt Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski və NATO liderlərini qəbul edəcəyini xatırladıb. Bayden qeyd edib ki, o və müttəfiqləri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni tədbirləri elan edəcəklər. Ukrayna prezidenti Zelenski Rusiyanın dünən paytaxt Kiyevə intensiv raket hücumu nəticəsində uşaq xəstəxanasının zədələndiyini bildirib. Zelenski qeyd edib ki, Kiyevdən başqa Dnepr, Kriviy Riq, Slovyansk və Kramatorsk şəhərləri də 40-dan çox müxtəlif raketlə hədəfə alınıb. Kiyev meri Vitali Kliçko Rusiya ordusunun həyata keçirdiyi raket hücumu nəticəsində “Ohmatdit Uşaq Xəstəxanası”nın zədələndiyini bildirib. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko da Rusiyanın hücumu nəticəsində Kiyevin Dnepr rayonundakı sağlamlıq mərkəzinin zədələndiyini və binanın qismən dağıldığını bildirib. Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın ölkəsinə qarşı intensiv raket hücumları nəticəsində ölənlərin sayının 36-ya, yaralıların sayının isə 166-ya yüksəldiyini açıqlayıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
40
bizimyol.info

10Источники