RU

Netanyahu "HƏMAS"ın hücumundan xəbəri olması ilə bağlı iddiaları rədd edib

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumu ilə bağlı ona əvvəlcədən xəbərdarlıq edildiyinə dair iddiaları təkzib edib.

"Report" xəbər verir ki, bu barədə siyasətçi "X" hesabında yazıb.

"Heç bir şəraitdə və heç bir mərhələdə HƏMAS-ın hərbi niyyətləri barədə xəbərdarlıq almamışam. Əksinə, Milli Təhlükəsizlik Şurasının və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri də, bütün təhlükəsizlik rəsmiləri HƏMAS-ın təmkinli olduğunu və həll yoluna getdiyini qiymətləndirirdi", - Netanyahu vurğulayıb.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu "HƏMAS"ın oktyabrın 7-də törətdiyi hücumun şərtlərinin yalnız Qəzza zolağında yerüstü əməliyyat başa çatdıqdan sonra araşdırılacağını bildirib.


BiG.Az
Избранный
622
2
big.az

10Источники