Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesinin və 30 milyon avroluq maliyyə yardımının dayandırılmasını şərh edib.
"Report"un yerli bürosunun məlumatına görə, Prezident qeyd edib ki, Aİ-nın atdığı addım hökumətin anti-Avropa və anti-Qərb ritorikasına və hərəkətlərinə, hakim partiyanın yarıtmaz və düşmənçilik siyasətinə cavabdır.
Qeyd edək ki, Aİ Gürcüstanın ittifaqa inteqrasiya prosesini və Müdafiə Nazirliyinə 30 milyon avro ayrılmasını dayandırıb.