RU

Məşhur aktrisa Baydeni DƏSTƏKLƏYİR

Məşhur aktrisa Vupi Qoldberq Co Baydeni dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bu barədə aktrisanın özü deyib.

O bildirib ki, iyunun 27-də baş tutan keçmiş prezident Donald Trampla debatında zəif çıxış etsə də, xalq Baydenə ikinci şansı verməlidir.

Lakin Qoldberq Bayden ikinci debatda da eyni şəkildə çıxış edərsə dəstəyini dayandıracağını vurğulayıb.

Xatırladaq ki, Tramp və Baydenin növbəti debatı sentyabrın 10-da baş tutacaq. Bayden, prezidentlik debatlarından sonra istefaya getməsi ilə bağlı artan çağırışlarla üzləşib.

Türkan İSGƏNDƏRLİ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
redaktor.az

1Источники