“Sipark” tikinti şirkəti (“Evrostroy-S.S ” MMC) ilə bağlı bir qrup sakin məhkəməyə müraciət edib.Tribunainfo.az xəbər verir ki, tikinti şirkəti ilə bağlı məhkəmədə iddia qaldıran 12 qonşu Abdullayeva Ayşən, Həsənova Günel, Xəlilova Vüsalə, İsmayılova Nazimə, Qurbanov Rəhim, Xəlilov Nicat, Xəlilova Novruz, Xəlilova Namiq, Qurbanov Rafiq, Rəcəbova Xəyalə, Xəlilova Elvina, Qurbanova Rənadır.
İşin mahiyyəti mülkiyyət hüququ ilə əlaqədar mübahisədir. Əlavə səbəblər olsa da, açıqlanmır.
İş Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Musayevanın icraatındadır. 6 avqust tarixində işə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar