RU

NATO-nun Baydenin namizədliyi ilə bağlı heç bir narahatlığı yoxdur - Ağ Ev

ABŞ-ın NATO müttəfiqləri prezident Co Baydenin debatlarda zəif çıxışından sonra onun namizədliyi ilə bağlı narahatlıqlarını ifadə etməyiblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Milli Təhlükəsizlik Şurasının spikeri Con Kirbiyə istinadən CNN telekanalı məlumat yayıb

Kirbi Baydenin NATO sammiti ərəfəsində ABŞ-ın müttəfiqlərini öz vəzifəsinə uyğunluğuna inandırmalı olacağı fikrini rədd edib. O əlavə edib ki, administrasiya müttəfiqlərindən bununla bağlı heç bir əlamət görmür.

"Onlarla əvvəlcədən apardığımız söhbətlər bunun tam əksini göstərir, onlar bu sammitdən məmnundurlar", deyə ABŞ Milli Təhlükəsizlik Şurasının spikeri bildirib.

Kirbinin sözlərinə görə, Birləşmiş Ştatlar müttəfiqlər arasında Baydenin rifahı ilə bağlı narahatlıq ifadə edəcək hər hansı söhbətdən xəbərsizdir.

Xatırladaq ki, bu il ABŞ-da prezident seçkiləri olacaq. Ağ Evin rəhbəri vəzifəsinə əsas namizədlər hazırkı prezident Co Bayden və respublikaçı Donald Trampdır.

Keçən ay hər iki prezidentliyə namizəd debatlarda iştirak edib və Bayden üçün fəlakətli nəticələnib. Sonuncu zəif çıxış etdiyini etiraf edib, lakin qeyd edib ki, seçkidən çəkilməyi planlaşdırmır.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
qaynarinfo.az

1Источники