RU

Bu ölkə “Volkswagen”i məhkəməyə verdi

Rusiya “Volkswagen”i məhkəməyə verib.

Bakıvaxtı.az bu barədə “TASS”a istinadla xəbər verir.

Məlumata görə, Nijni Novqorod vilayətinin Arbitraj Məhkəməsi Qorki Avtomobil Zavodunun (QAZ) Volkswagen-ə qarşı iddiasını qismən təmin edib.

Bildirilib ki, şirkət mühərriklərin uğursuz tədarükü üçün alman avtomobil istehsalçısından 16,9 milyard rubl almalıdır.

Görüş zamanı QAZ nümayəndəsi Denis Qolubev bildirib ki, 2021-ci ildən Volkswagen Aktiengesellschaft dizel mühərriklərinin tədarükü ilə bağlı müqavilə üzrə öhdəliklərini pozub və 2022-ci ilin martında müqavilədən tamamilə imtina edib.

Onun sözlərinə görə, itki tam sübuta yetirilib və buna görə də istehsalçı iddianı tam təmin etməkdə və ümumilikdə 28 milyard 401 milyon rubl məbləğində zərərin ödənilməsində israrlıdır.

Qeyd olunub ki, sözügedən məbləğə 20,7 milyard rubl itirilmiş mənfəət, 2,4 milyard rubl konveyerdə itirilmiş investisiyalar və avtomobil təchizatı çatışmazlığı səbəbindən avtomobil zavodunun distribyutorlarına dəymiş 5,2 milyard rubl daxildir.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
bakivaxti.az

1Источники