İngiltərənin “Everton” klubu heyətini gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “Marsel” klubunun hücumçusu İliman Ndiaye Liverpul təmsilçisi ilə anlaşıb. Futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferin qiyməti 20 milyon avrodur.
24 yaşlı futbolçu ötən mövsüm Fransa çempionatında 30 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə edib. Ndiaye 2020-23-cü illərdə “Şeffild Yunayted” çıxış edib.
O, Seneqal millisində 7 oyunda 1 qola imza atıb.