Bakıda 9 saylı poliklinikada yanğın törədilib.
DİN-in Mətbuat Xidmətindən Day.Az-a bildirilib ki, poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyi isə məlumat yayıb ki, 9 saylı poliklinikada baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.