Türkiyənin “Boyga” Pilotsuz Uçuş Aparatlarının (PUA) ilk ixracı baş tutub.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, sözügedən PUA-lar Afrika ölkələrindən birinə satılıb.
Texnikaların tədarükünün bu il ərzində başa çatması gözlənilir.
Qeyd edək ki, “Boyga” 2022-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. Bu texnikalardan terrorla mübarizədə, sərhəd əməliyyatlarında və beynəlxalq təlimlərdə fəal şəkildə istifadə olunur. “Boyga” sonuncu dəfə "EFES-2024" təlimlərində istifadə olunmuş və hədəfləri vurmuşdu.