Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama matçında məğlub olub.
Teleqraf.com xəbər verir ki, Almaniyanın "Kayzerslautern" klubu ilə qarşılaşan "Qarabağ" meydandan 3:1 hesablı məğlubiyyətlə ayrılıb.
"Kayzerslautern" heyətində Yannis Heuer (23), Marlon Ritter (39) və Boris Tomyak (47) fərqlənib. Ağdam klubundan isə Emin Cəfərquliyev 70-ci dəqiqədə qol vura bilib.
44-cü dəqiqədə "Qarabağ"ın futbolçusu Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, günün ikinci görüşündə Ağdam klubu Çexiyanın "Viktoriya" (Plzen) klubunu ilə qarşılaşacaq. Matç saat 20:00-da başlayacaq.
Müəllif: Teleqraf.com