RU

"Ukraynada mülki hədəflərə hücum iddialarını qətiyyətlə rədd edirik" - Kreml

Kreml Ukraynada mülki hədəflərə hücumla bağlı ittihamları rədd edib.

Gundem.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. 

“Kreml Rusiyanın, guya, Kiyevdəki xəstəxanaya zərbə endirməsi ilə bağlı ittihamları qəti şəkildə rədd edir. Biz mülki hədəflərə hücum etmirik. Zərbələr mühüm infrastruktur obyektlərinə, bu və ya digər şəkildə Kiyev rejiminin hərbi potensialı ilə əlaqəli olan hərbi hədəflərə endirilir”, - Peskov bildirib.

O, Rusiya Müdafiə Nazirliyinin məlumatına da istinad edib. Bundan əvvəl nazirlik qeyd etmişdi ki, ölkənin ordusu Rusiya ərazisindəki enerji obyektlərinə hücum cəhdlərinə cavab olaraq, iyulun 8-də Ukrayna Silahlı Qüvvələrinin hərbi sənaye obyektlərinə və hava bazalarına yüksək dəqiqliklə zərbə endirib. Qeyd olunub ki, Ukrayna hakimiyyətinin Rusiya Federasiyasının mülki hədəflərə, guya, qəsdən raket zərbəsi endirməsi ilə bağlı bəyanatları reallığa uyğun gəlmir.

“Hadisə yerindən çəkilmiş foto və videolar Ukrayna hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində məhv olma faktını təsdiqləyir. Kiyev rejiminin oxşar isterikası bir neçə ildir və hər dəfə NATO-dan olan himayədarlarının növbəti görüşü ərəfəsində baş verir”, -  Rusiya Müdafiə Nazirliyi  vurğulayıb.(sfera.az)

 

Избранный
67
1
gundem.az

2Источники