RU

"Volkswagen" 193 milyon dollar cərimələndi

Rusiyanın Nijni Novqorod şəhərində məhkəmədə baxılan işdə “QAZ” şirkətinin “Volkswagen”ə qarşı qaldırdığı iddia yekunlaşıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə "Volkswagen"in QAZ şirkətinə maddi ziyan vurması ilə bağlı qərar çıxarıb və Alman avtomobil nəhənginə 16,9 milyard rubl təzminat cəzası kəsib.

GAZ "Volkswagen"i mövcud müqavilələrdəki istehsal və hissələrin daşınması öhdəliklərini yerinə yetirməməkdə və bəzi müqavilələrə birtərəfli qaydada xitam verməkdə ittiham edib.

Volkswagen 2023-cü ilin may ayında Rusiyadakı aktivlərini bir rus şirkətinə sataraq ölkədən çıxdığını elan etdi.

Rusiyada "Mercedes", "Renault" və "Nissan" şirkətlərinin aktivləri əvvəllər Rusiya hökumətinə verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
ucnoqta.az

1Источники