RU

Redmi 13 5G təqdim edilib - QİYMƏTİ

     Xiaomi-nin Redmi brendi keçən ay Redmi 13 4G smartfonunu təqdim etmişdi. İndi isə sözügedən smartfonun 5G dəstəkli versiyası təqdim edilib. Redmi 13 5G böyük ekranı, Snapdragon prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 550 nit təşkil edir və üstəlik o, Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonun gövdəsi həmçinin IP53 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.     Redmi 13 5G özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfon Snapdragon 4 Gen 2 AE (Accelerated Edition) prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 108 MP + 2 MP ikili arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 5030 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 13 5G HyperOS interfeysli Android 14 vasitəsilə çalışır. Smartfon 12 iyul tarixində satışa çıxacaq və onun qiyməti 167$-dan start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
1
technote.az

2Источники