RU

Keçmiş məşqçisi Yamalın futbolçu xasiyyətnaməsini verdi

“Barselona”nın və İspaniya yığmasının 16 yaşlı vingeri Lamin Yamalın keçmiş məşqçisi Xulen Gerrero futbolçusuna xasiyyətnamə verib.

Arena.az AS dərgisinə istinadən, Gerreronun bu barədə fikirlərini təqdim edir:

“O, fərqli növ oyunçudur. Meydanda bütün baxışlardan özünü göstərməyə qadir futbolçu olduğu üçün onu mümkün qədər yüksəkdə oynatmağa cəhd edirdik. Məqsəd, istedadını qapı yaxınlığında mütləq dərəcədə artırmaq üçün, onu cərimə meydançasından kənarda mümkün qədər az oynamağa məcbur etmək idi. O, son metrlərdə həlledici oyunçudur”, deyə Gerrero vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 12 oyun keçirib, 2 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
arena.az

1Источники