RU

Rusiyanın Ukraynaya təzyiqləri artır: Kiyevin bombalanması hansı nəticələrə gətirəcək?

“Cəbhə bölgəsində irəliləyiş əldə edə bilməyən Rusiya bu yola əl atır”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiyanın Ukraynanın paytaxtı Kiyevi bombalamaqla onu məğlubiyyətə məcbur etmə cəhdinin nəticələrindən danışan politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın son zamanlar Ukraynaya təzyiqləri daha artıb.

“Bunun bir neçə səbəbi var. Əsas məqsəd isə Kiyevin daha tez təslim olmasıdır. Raket zərbələrinin bir neçə gün ərzində daha da artması bunu deməyə əsas verir. Cəbhə bölgəsində irəliləyiş əldə edə bilməyən Rusiya bu yola əl atır. Lakin şəhərlərin bombalanması, mülki əhalinin öldürülməsi, əslində, Ukraynanı müharibəyə davam etməyə təşviq edir. Belə bir fonda nə danışıqlar, nə də Rusiyanın qələbə qazanması mümkündür”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
yenicag.az

1Источники