RU

İlknur Hacıyeva: "Gərgin rəqabətin sonunda 1-ci yeri tutdum"

"Regionlar kubokuna bir aydan çox hazırlıq keçmişdik".

İdman.biz xəbər verir ki, bunu Qəbələdə keçirilən Regionlar kubokunun qalibi İlknur Hacıyeva deyib.

O, yeniyetmələr arasında çoxnövçülükdə qalib elan olunub. Hacıyeva bildirib ki, gərgin mübarizədən sonra qazanılan qələbə görə çox sevinir: "Mən "Ocaq İdman" klubunun Zaqatala bölməsini təmsil edirəm. Kuboka ciddi hazırlaşmışdıq və nəticə qazandığımız görə şadam. Gərgin rəqabətin sonunda 1-ci yeri tutdum. Yarış yüksək səviyyədə təşkil olunub və burada olmaq xoşdir. Məşqçilərimə və xoroeqrafa təşəkkür edirəm".

Qeyd edək ki, Regionlar kubokunda 66 gimnast qələbə uğrunda yarışır.

Zəki Feyzullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
91
idman.biz

1Источники