RU

Rəna Qəfərova: Bu turnirdə qalib Qərbi Azərbaycan İcması oldu

“İlk dəfə Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında “Qərbi Azərbaycan Kuboku” mini futbol turnirini yaxından izləmək üçün böyük həvəs, coşqu və qürur hisləri ilə iştirak etdim. “Qəmərli” komandamızın bütün oyunlarında onlara dəstək verdik”.

Bu sözləri QHT.az-a Qəmərli rayon gənclərlə iş üzrə məsul şəxs Rəna Qəfərova deyib.

"Bu turnirin Qərbi Azərbaycan tarixində ilk dəfə təşkil olunması unudulmaz hadisədir. Turnirdə Qərbi Azərbaycan rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak etdi. Əsas məqsəd Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşmasına dəstək verməkdir. Bundan başqa futbol həvəskarları və azarkeşlər arasında Qərbi Azərbaycan ideyalarının, həqiqətlərinin yayılması üçün populyar platformanı əldə etmək, İcma üzvləri arasında ünsiyyət yaratmaq və onun ardıcıllığını təmin eləmək, Qərbi Azərbaycanın müxtəlif rayonlarını təmsil edən şəxslər arasında birliyi və təşkilatlanmanı və daha səmimi ünsiyyət mühitini yaratmaq da məqsədə daxildir."

Rəna Qəfərova bildirib ki, “Qəmərli” komandası 5 oyun keçirdi və finalda məğlub olsa da, bu turnirdə qalib Qərbi Azərbaycan İcması oldu. “Qafan” turnirin qalibi oldu. Lakin, oyunun tam vaxtı 2:2 hesabı ilə bərabərə başa çatdı. Penaltilər seriyasında "Qafan" bizi məğlub etdi. “Qəmərli” ikinci yerə, “Loru” komandası isə üçüncü yerə layiq görüldü. Qalib “Qafan” komandasına Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tərəfindən kubok təqdim olundu.

"Turnir insanların fəxr hissi ilə izlədiyi oyunlara şahidlik etdi. Özüm də böyük həyəcan və maraqla oyunları izlədim. Mənim ata nənəm və babam əslən Qəmərli rayonundadır. Qəmərlinin tarixi qədimdir. Belə ki, Qəmərli Gərnibasar mahalının düzənlik hissəsində, İrəvan şəhərindən 28 kilometr cənubda, Gərni çayının solunda, Gərni çayından ayrılan su arxının kənarında, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin və İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun üstündə yerləşən qəsəbə olub. 1961-ci ildən respublika tabeli şəhərdir.

1828-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıb. 1828-1829-cu illərdə kəndə İranın Xoy və Salmas vilayətlərindən köçürülüb gətirilmiş ermənilər də yerləşdirilib və o vaxtdan 1988-ci ilədək kənd azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq yaşayış məntəqəsi olub, sonuncu tarixdə Qəmərlinin bütün azərbaycanlı əhalisi Azərbaycana qovularaq şəhər bütövlükdə erməniləşdirilib.
İvan Şopenin (1832) kitabında Gərnibasar mahalının Qəmərli kəndi kimi qeydə alınıb, kənddə 31 təsərrüfatda 167 nəfər (88 kişi, 79 qadın) azərbaycanlının və az qala iki o qədər - 54 təsərrüfatda 241 nəfər (139 kişi, 102 qadın) İrandan köçürülüb gətirilmiş erməninin yaşadığı göstərilib.

Qəmərli rayonu rəsmi olaraq 1930-cu il sentaybrın 9-da yaradılıb. 
1945-ci il sentyabrın 4-dək Qəmərli rayonu, həmin tarixdən etibarən isə Artaşat rayonu adlandırılıb. SSRİ dövründə Qəmərli rayonu İrəvan şəhərinə yaxın yerləşdiyinə və münbit Ağrı vadisi torpaqlarını əhatə etdiyinə görə dəfələrlə inzibati dəyişikliklərə məruz qalıb. 1948-1953-cü illərin deportasiyasında kəndin bütün türk-müsəlman əhalisi zorla Azərbaycana köçürülüb. Lakin, bəzi azərbaycanlı ailələr bir müddətdən sonra geri qayıtsa da, son olaraq Qəmərlinin azərbaycanlı əhalisi 1988-ci ildə qovulub və şəhər tamamilə erməniləşdirilib. Rayon üzrə 57 tarixi yer adları dəyişdirilib və nəhayət, 1995-ci ildə Qəmərli, yəni Artaşat şəhəri Ararat mərzliyinin inzibati ərazisinə daxil edilib.

Lakin, 1948-1953-cü illərin deportasiyasında kəndin bütün türk-müsəlman əhalisi zorla Azərbaycana köçürülüb. 1948-ci ildə Ağstafaya deportasiya edilmişik. Qohumlarımız Sabirabada, Beyləqana və Azərbaycanın digər kəndlərinə deportasiya edilib. Erməni rəhbərliyi bölgə üçün çox mühüm strateji əhəmiyyəti olan bu qədim türk yaşayış məntəqəsinin erməniləşdirilməsinə çalışıb. Lakin, sonra bəzi azərbaycanlı ailələri geri qayıdıb, onlar da 1988-ci il hadisələri zamanı doğma yurdu tərk etməyə məcbur ediliblər. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir sıra ciddi məqamlara toxunmuşdur. İlham Əliyev Qərbi Azərbaycanla bağlı strategiyasının mühüm özəlliyi haqqında önəmli fikirlər demişdi. 

Cənab Prezident demişdi ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. 
“Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.

Sonda Cənab Prezidentin sözlərinə qüvvət olaraq vurğulayım ki, inşallah yaxın zamanda Qərbi azərbaycanlılar da öz dədə-baba yurdlarına qayıdacaqlar. Bunun üçün həmrəy şəkildə, birliklə, dəmir yumruqla addımlar atacağıq."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
qht.az

1Источники