RU

Gələn il iPhone 17 Plus smartfonu iPhone 17 Slim ilə əvəz edilə bilər

     Apple şirkəti gələn il iPhone 17 smartfon seriyasını təqdim edəcək. Ortaya çıxmış yeni məlumata əsasən Apple gələn ilki iPhone 17 smartfon seriyasında iPhone Plus modelini iPhone Slim adlı model ilə əvəz edəcək və Slim modelində çoxlu dəyişikliklər gözlənilir. Ortaya çıxmış məlumatlarda qeyd edilib ki, iPhone 17 Slim modeli hal-hazırda aktual olan iPhone modellərindən daha nazik və yüngül olacaq. Bununla yanaşı onun alüminium materialdan hazırlanmış gövdəni əldə edəcəyi gözlənilir.     Smartfonun dizayn özəlliklərindən biri üfüqi vəziyyətdə yerləşdirilmiş arxa kameralar olmalıdır. Ön paneldən isə smartfon daha kiçik ölçülü Dynamic Island çıxıntısını əldə etməlidir. Məlumatda qeyd edilib ki, iPhone 17 Slim xarici görünüşcə ümumilikdə iPhone X-ə bənzəyəcək. Bununla yanaşı iPhone 17 Slim 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym ölçülü ekranı əldə edəcək. Bundan əlavə olaraq məlumata əsasən 120 Hz-lik təsvir yenilənməsi dəstəyini adi iPhone 17 modelinin də əldə edəcəyini gözləmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
technote.az

1Источники