RU

Təqdimata aylar qalmış Xiaomi 15 və Xiaomi 15 Pro-nun tenxiki imkanları ortaya çıxıb

     Xiaomi 15 smartfon seriyasının oktyabr ayının sonunda və ya noyabr ayının əvvəlində təqdim olunacağı gözlənilir. Təqdimata bir neçə ay qalmasına baxmayaraq Çinin Weibo adlı sosial şəbəkəsində bu smartfon seriyasının texniki imkanları ortaya çıxıb. Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyasına minimum iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Xiaomi 15 modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.36 düym ölçülü ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 1400 nit təşkil edəcək.     Ekran ətrafı çərçivənin qalınlığı isə 1.3-1.5 mm olmalıdır. Bununla yanaşı smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 4800-4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcək. Xiaomi 15-in əsas arxa kamerası 50 MP-lik (OV50H kamera sensoru), telekamerası da 50 MP-lik (Samsung JN1 kamera sensoru) olacaq. Xiaomi 15 Pro modelinə gəldikdə, məlumatlarda qeyd edilib ki, o, 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.73 düym ölçülü ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 1400 nit təşkil edəcək.     Ekran ətrafı çərçivənin qalınlığı 1.7-1.8 mm təşkil etməlidir. Smartfon Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5400 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Üstəlik smartfon 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq. Kameralara gəldikdə isə Xiaomi 15 Pro modeli 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
technote.az

1Источники