RU

Yamalın növbəti rekordu - Peleni arxada qoyub

İspaniyalı Lamin Yamal dünya futbolunda yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, o, dünya və Avropa çempionatlarının yarımfinalında meydana çıxan ən gənc oyunçu olub.

Yamal AVRO-2024-ün yarımfinalının Fransa ilə oyununda İspaniya yığmasının heyətində yer alıb. O, 16 yaşı 361 günündə bu şansı qazanıb. İspaniyalı gənc əfsanəvi Pelenin rekordunu arxada qoyub.

Maraqlıdır ki, Pele də DÇ-1958-də məhz Fransa ilə yarımfinal görüşündə 17 yaş 244 günündə meydana çıxıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
idman.biz

1Источники