RU

Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ

     Xiaomi-nin Redmi brendi Redmi 13 5G smartfonu ilə yanaşı həmçinin Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlığını da təqdim edib. Bu yeni naqilsiz qulaqlıq 3 gövdə rəngində təqdim olunub. Ağ, qara və açıq mavi. Qulaqlıqların başlıqları vakuum konstruksiyasına sahibdirlər və onlara 12.4 mm-lik audio drayver quraşdırılıb. Redmi Buds 5A ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir və bu funksiya hesabına onlar ətraf səs-küyü 40 dB-ə (desibel) kimi boğa bilirlər.     Smartfon və digər cihazlara qoşulma prosesi Bluetooth 5.3 üzərindən reallaşdırılır. Onu da qeyd etmək lazımdır ki, qulaqlıqların gövdələri IPX4 standartı üzrə su damcıları və tərdən qorunma özəlliyinə sahibdirlər. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 36 saat ərzində çalışa bilirlər. Üstəlik onlar sürətli şarj texnologiyasının dəstəyinə sahibdirlər. Onun sayəsində 10 dəqiqəlik şarj prosesi qulaqlıqların 2 saat ərzində çalışmalarını təmin edəcək. Redmi Buds 5A artıq Hindistanda satışa çıxıb və onun qiyməti 24$ təşkil edir. Bu yeni naqilsiz qulaqlığın digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
technote.az

1Источники