RU

Yamal bunu bacaran ilk oyunçu oldu

İspaniya millisinin və "Barselona"nın futbolçusu Lamin Yamal 17 yaşına çatmamış Avroda fərqlənməyi bacarıb.

90deqiqe.Az "Squawka"ya istinadən xəbər verir ki, ispaniyalı vinger yarımfinalda Fransa ilə qarşılaşmada 16 yaş 262 gündə qol vuraraq turnir rekorduna imza atıb.

Yamal həm də Avropa çempionatı tarixində 18 yaşına çatmamış qolu vurmağı bacaran ilk oyunçu olub.

Reytinqdə bu günə qədər ilk üç yeri tutan Yohan Vonlanten, Ueyn Runi və Renato Sançes 18 yaşında qol vurub.

Yamalın qolu ispanlara hesabı bərabərləşdirməyə imkan verib. Bir qədər sonra Jül Koundenin avtoqolu “qırmızı qəzəb”i önə keçirib– 2:1. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
90deqiqe.az

1Источники