"Beşiktaş"In hücumçusu Semih Kılıçsoy karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Fulhem" 18 yaşlı forvardı transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
London təmsilçisi gənc futbolçu üçün İstanbul təmsilçisi ilə danışıqlara başlayıb. "Fulhem" Semih üçün 20 milyon avroluq təklif göndərib. "Qara qartallar" oyunçunu bu qiymətə satmağa hazırdır.
Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir.
Türkiyə millisinin üzvü ötən mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта