ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 2,4 faiz artıraraq, bir barel üçün 84,15 dollardan 86,37 dollara yüksəldib.
Fins.az xəbər verir ki, bu barədə nazirliyin aylıq hesabatında məlumat yer alıb.
Hesabata görə, 2025-ci ildə Brent markalı neftin bir barelinin qiymətinin 88,38 dollara çatacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 3,5 faiz çoxdur.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı proqnozunu bir qədər artırıb - sutkada 10 min barel, 13,25 milyon barelə çatdırıb. 2025-ci ildə ölkədə gözlənilən neft hasilatı həcmi sutkada 60 min barel artırılaraq 13,77 milyon barelə yüksəldilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта