RU

Bu gün Bayramov, Mirzoyan və Blinken arasında görüş olacaq

Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.

KONKRET.az xəbər verir ki, artıq Azərbaycan və Ermənistan XİN başçıları artıq Vaşinqtonda işgüzar səfərdədir. Onlar NATO-nun tərəfdaşlar formatında keçiriləcək sammitində və təşkilatın 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Nazirlərin ikitərəfli görüşləri də gözlənilir.

NATO sammitində Türkiyə prezidenti ilə yanaşı Gürcüstan xarici işlər naziri də iştirak edəcək.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
2
konkret.az

10Источники