RU

İspaniya millisindən tarixi rekord

Futbol üzrə İspaniya millisi Almaniyada təşkil olunan Avropa çempionatında yeni rekorda imza atıb.

Msport.az-ın məlumatına görə, yığma yarımfinalda Fransa seçməsini məğlub etməklə (2:1) buna nail olub.

“Matadorlar” turnir tarixində ardıcıl altı matçda qalib gələn ilk komanda kimi tarixə düşüb.

İspanlar Fransa və İtaliya millilərinin nəticələrini geridə qoyublar. Hər iki kollektiv müvafiq olaraq 1984 və 2021-ci ildəki yarışda ardıcıl beş qələbə əldə edib.

Qeyd edək ki, İspaniya iyulun 14-də AVRO-2024-ün finalında Niderland – İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
msport.az

1Источники