RU

Bayden: "Kiyev Rusiyaya qalib gələcək"

ABŞ prezidenti Co Bayden iddia edir ki, Kiyev Şimali Atlantika Alyansının köməyi ilə Ukraynadakı münaqişədə qalib gələcək. Bizimyol.info xəbər verir ki, Amerika lideri bu barədə çərşənbə axşamı Vaşinqtonda NATO-nun 75 illiyi münasibətilə çıxışı zamanı danışıb. Bu tədbir əslində iyulun 11-dək Amerika paytaxtında baş tutacaq alyans sammitinin açılış mərasimi idi. Baydenin sözlərinə görə, Rusiya müharibəyə başladığı vaxt Ukrayna azad ölkə idi: “Bu gün hələ də azad ölkədir. Müharibə bitəndə isə Ukrayna hələ də azad və müstəqil ölkə olaraq qalacaq. Rusiya qalib gəlməyəcək. Ukrayna qalib gələcəyi mütləqdir”, - deyə o qeyd edib. Amerika liderinin sözlərinə görə, Rusiya tərəfi “Ukraynanı tamamilə tabe etməkdən başqa heç nə istəmir” və “Ukrayna demokratiyasına son qoymağa, Ukrayna xalqının mədəniyyətini məhv etməyə və ölkəni xəritədən silməyə” çalışır. “Və biz bilirik ki, Rusiya prezidenti Vladimir Putin qlib olacağı təqdirdə Ukrayna ilə kifayətlənməyəcək. Ancaq səhv etməyin, Ukrayna Putini dayandıra bilər və bunu edəcək. Xüsusilə də bizim tam birgə dəstəyimizlə”, - deyə Bayden bildirib. “Biz təcavüzün qarşısını almağa və NATO ərazisinin hər qarışını bütün sahələrdə: quruda, dənizdə, kiberməkanda və kosmosda müdafiə etməyə hazırıq”, - deyə Bayden əlavə olaraq söyləyib. Onun sözlərinə görə, bu, Avropa, transatlantik birlik və bütün dünya üçün dönüş nöqtəsidir. Eyni zamanda, Amerika lideri əlavə edib ki, NATO qlobal təhlükəsizliyin qalası olaraq qalır. Rusiya Federasiyası Prezidentinin iyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitində bəyan etdiyi kimi, Rusiya həmişə ABŞ və onun peyklərinin tamamilə qeyri-sabit siyasəti nəticəsində yaranmış Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarı olub. İyunun 14-də Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə əvvəlki Avro-Atlantik təhlükəsizlik sisteminin dağılmasından danışıb və hər kəsin narahatlığını nəzərə alan yeni arxitekturanın qurulmasını təklif edib. Prezident həmçinin Ukraynada sülh danışıqlarının şərtlərini açıqlayıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin Donbass və Novorossiyadan çıxarılması, həmçinin Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi var. Bundan əlavə, Rusiya Ukrayna üçün neytral, bloklara qoşulmayan, nüvəsiz statusa malik olmağı, eləcə də bütün Qərb sanksiyalarının ləğvini zəruri hesab edir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
bizimyol.info

1Источники