RU

İspaniya millisi Almaniyanın rekordunu təkrarladı

Futbol üzrə İspaniya millisi Almaniya yığmasının rekordunu təkrarlayıb.

Redaktor.az xəbər verir ki, komanda buna Avropa çempionatının yarımfinalında Fransanı məğlub etməklə (2:1) nail olub.

"Matadorlar" turnirin yarımfinalında ən çox qələbə qazanan iki kollektivdən biridir. Onlar Bundestimlə birlikdə bunu beş dəfə bacarıblar.

Almaniya millisi iştirak etdiyi 8 yarımfinalın 3-də məğlubiyyətlə üzləşib. İspaniya yığması isə bu raundda yalnız bir dəfə yenilib.

Qeyd edək ki, İspaniya iyulun 14-də AVRO-2024-ün finalında Niderland - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
8
redaktor.az

9Источники