RU

“Seçki istənilən ölkə üçün dövlətçilik imtahanıdır“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Hər bir seçki istənilən ölkə üçün dövlətçilik imtahanıdır. Azərbaycan növbəti dəfə dövlətçilik, demokratiya, vətəndaşların öz ölkəsinə bağlılığı imtahanını verəcək. Əminəm ki, bu dəfə də imtahan yüksək səviyyədə olacaq. Növbədənkənar seçkilərin keçirilməsi Azərbaycanda seçki tarixinin dünya əhəmiyyətli tədbir ilə eyni vaxta düşməsi ilə bağlıdır. Bununla belə artıq cəmiyyət seçkiyə köklənib və proseslər öz axarı ilə gedir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, bir çox siyasi partiyalar seçkidə iştirakla bağlı qərar verib, namizədlərini irəli sürüblər: “Bir neçə mərhələdən sonra avqust ayında artıq gərgin seçki kampaniyasının gedəcəyini görəcəyik. Vətəndaşlar öz seçimlərini edərək, parlamentə layiqli nümayəndələrini göndərəcəklər.

Yeni parlamentin müəyyən qədər dəyişəcəyi, həm köhnə tərkibdən özünü doğrultmuş şəxslərin fəaliyyətinin davam edəcəyinə, həm də yeni şəxslərin parlamentdə fəaliyyəti ilə Azərbaycan qarşısında dayanan problemlərin həlli üçün növbəti addım atılacaq. İndiyə qədər keçirilən seçkilər Azərbaycanda demokratiyanı daha da dərinləşdirib, yeni imkanlar açıb. Parlamentdə ölkə qarşısında duran bütün məsələlər vaxtaşırı səsləndirilib. Deputatların öz seçiciləri ilə görüşləri, onların qaldırdıqları məsələlərin həlli üçün çalışmaları da vaxtaşırı mətbuatda işıqlandırılıb. Parlament Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun qorunması, dövlətimizə qarşı olan təhdidlərə layiqli cavab verilməsi praktikasını nümayiş etdirəcək. Bu seçkilərin tariximizdə bütün ərazilərimiz boyu keçirilən ilk parlament seçkisi olması faktoru da çox önəmlidir. Seçkilərin ölkəmizin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini hər kəs yaxşı anlayır. Bu məsələdə hər bir kəsin iştirakı, fəaliyyəti olduqca vacibdir”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
1
sia.az

2Источники