RU

DSK və məntəqə seçki komissiyalarına normal iş şəraiti yaradılmalıdır - Zeynal Nağdəliyev

Bakı. Trend:

2024-cü ilin sentyabrın 1-də keçiriləcək parlament seçkiləriölkəmizin həyatında keçiriləcək ən böyük ikinci tədbirdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi -Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal NağdəliyevMərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləriüçün keçirilən müşavirədə deyib.

Zeynal Nağdəliyev Milli Məclisə seçkilərin hazırlanması vəkeçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri vəonların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyətindən bəhsedib: “Prezident İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizin bütünərazilərində suverenlik bərpa edilib. Azad olunmuş ərazilərə 6rayon üzrə 7762 nəfər üzvü olan ailələr köçürülüb. Bu dəfə isəorada seçicilərin daha yaxşı səs verə bilməsi üçün daha 8 seçkiməntəqəsi yaradılıb. DSK və məntəqə seçki komissiyalarına normal işşəraiti yaradılmalıdır. Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasıbu günlərdə yeni binaya köçürülüb”.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırışMilli Məclisin buraxılması və Milli Məclisə növbədənkənarseçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamlaaltıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nənövbədənkənar seçkilər təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
10
az.trend.az

10Источники