RU

“Çalışmalıyıq ki, siyahılarda dünyasını dəyişmiş şəxslər olmasın” - Zeynal Nağdəliyev

“Çalışmalıyıq ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasının bu gün dairə seçki komissiyaları sədrləri üçün keçirilən müşavirədə deyib. Onun sözlərinə görə seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır:

“Bununla bağlı yerli icra orqanlarına tapşırıqlar verilib. Seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir. İş aidiyyəti qurumlar tərəfindən davam etdirilməlidir. 2022-2024-cü illərdə 2,5 milyon ev təsərrüfatına baxış keçirilib.
İndiyə qədər olan seçicilərin sayı, yəni 28 iyuna olan rəqəm artımı 22,2 %-dir. Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var”.

Günay Şahmar, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
9
bizim.media

10Источники