Xəbər verdiyimiz kimi, Vaşinqtonda keçirilən NATO-nun Zirvə görüşündə təşkilatın Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, NATO baş katibi Rusiyanın mövqeyini vəhşilik adlandırıb.
Bəs görüşdə nələrin müzakirəsi baş tutub, bu toplantılar yeni dividendlər yarada bilərmi?
Politoloq Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əgər NATO və Qərb öz çıxışlarında səmimidirlərsə, son zaman vəziyyətin sahmana salınması üçün işlər görülməlidir.
Onun sözlərinə görə, hər kəsə məlumdur ki, Rusiya və Ukrayna arasındakı müharibə əslində Rusiya və Qərb arasında müharibədir:
“Hansı ki, bu münaqişə Ukrayna torpaqlarında davam etməkdədir. Qərbdəki bəzi dairələr müharibənin dayanmasında maraqlıdır. Bəzi dairələr isə müharibənin hələ də davam etməsi ilə bağlı bəyanatlar verirlər”.
Zaur Məmmədov: Bəyanatlar çox səsləndirilə bilər, əsas olan real işdir
Politoloq qeyd edib ki, hazırda Ukraynada müharibənin nə zaman bitəcəyi və bitərkən orada Ukrayna torpaqları ilə vəziyyətin necə olacağı gündəmdir:
“O zaman artıq NATO-nun, Soltenberqin və digərlərinin fikirlərində nə qədər səmimi olduqlarını görəcəyik. Bəyanatlar çox səsləndirilə bilər, əsas olan real işdir, bunu da zaman göstərəcək”.
Günel Abbas