RU

Cari ilin 9 ayında piyadavurma ilə nəticələnən 443 yol-nəqliyyat hadisəsi baş verib

“Cari ilin doqquz ayı ərzində respublika ərazisində sürət həddinin aşılması nəticəsində 474 yol-nəqliyyat hadisəsi baş verib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, həmin yol-nəqliyyat hadisələri nəticəsində 324 nəfər ölüb, 302 nəfər xəsarət alıb.

“Bundan başqa piyadavurma ilə nəticələnən 443 yol-nəqliyyat hadisəsi zamanı 227 nəfər ölüb, 240 nəfər yaralanıb, nəqliyyat vasitələrinin toqquşması nəticəsində qeydə alınan 452 yol-nəqliyyat hadisəsi zamanı 206 nəfər həlak olub, 521 nəfər yaralanıb, nəqliyyat vasitəsinin aşması ilə qeydə alınan 133 yol-nəqliyyat hadisəsi zamanı 70 nəfər ölüb, 126 nəfər yaralanıb. Eləcə də maneələrə çırpılmaqla baş verən 108 yol-nəqliyyat hadisəsində isə 73 nəfər ölüb, 100 nəfər yaralanıb”, - deyə polis kapitanı qeyd edib.

Könül Cəfərli

Избранный
410
1
oxu.az

10Источники