RU

Zeynal Nağdəliyevdən tapşırıq: "Seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın"

"Çalışmalıyıq ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın".

"Cebhe.info" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

“Bu iş aidiyyəti qurumlar tərəfindən davam etdirilir. 28 iyuna olan statistikaya görə, seçicilərin sayı 22,2 % artıb. Eyni zamanda seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib. İşlər avqustun 9-dək bitməlidir”.

Z.Nağdəliyevin sözlərinə görə, son iki il ərzində  2,5 milyon ev təsərrüfatına baxış keçirilib.

"Son statistikaya görə, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var”.

"Cebhe.info"

Избранный
28
1
cebheinfo.az

4Источники