2024-cü ilin altı ayında ölkədə 59520,4 milyon manatlıq ümumi daxil məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Altı ayda neft-qaz sektorunun əlavə dəyəri 0,6%, qeyri neft-qaz sektorunda isə 6,9% artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 5840,7 manata bərabər olub.
2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq ümumi daxil məhsul istehsal olunub.
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Gülnar Nazimqızı
www.anews.az