RU

"Vaşinqton görüşündən ciddi nəticə gözlənilmir" - Politoloq

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş olacaq.Görüş bu gün, iyulun 10-da ABŞ-ın paytaxtında keçiriləcək.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, görüşdə ciddi nəticə əldə olunacağı gözlənilmir. Çünki bu NATO sammiti çərçivəsində keçirilən görüşdür. Belə görüşlərdə böyük nəticə əldə edilmir:
"Vaşinqtonda Ceyhun Bayramov, Ararat Mirzoyan və Antoni Blinken arasında baş tutacaq görüş diqqət çəkir. Xüsusilə danışıqların getdiyi və ABŞ rəsmilərinin Ermənistan və Azərbaycanla təmasları artırdığı bir zamanda belə bir görüşün keçirilməsi şübhəsiz ki, diqqət çəkir. Görüş NATO sammiti çərçivəsində baş verir. Lakin görüşdə ciddi nəticə əldə ediləcəyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi indiki məqamda sülh müqaviləsinin imzalanmasına maraqlıdır. Lakin Ermənistan konstitusiyasının dəyişdirilməsi və ya Azərbaycana ərazi iddiası edilən maddələrin çıxarılmasını tələb edir. Bu baş vermədiyi təqdirdə hər hansı sülh müqaviləsindən və ya normallaşma prosesindən danışmaq çətin olardı. Cənab prezident amerikalı rəsmilərin diqqətinə çatdırıb ki, Vaşinqton prosesdə konstruktiv mövqe sərgilədiyini göstərmək istəyirsə, ilk növbədə konstitusiya ilə bağlı Ermənistanın üzərinə getməlidir. Görüşdə sülh üçün ilk növbədə hansı addımların atılmalı olduğu müzakirə ediləcək. Hesab edirəm ki, Vaşiqton bunu gündəmə gətirəcək, amma Ermənistanın qəbul edəcəyi sual altındadır. Görüşdə ciddi nəticə əldə olunacağını düşünmürəm. Bunun üçün daha genişçaplı görüşə ehtiyac var. Bu, sammit cərçivəsində keçirilən görüşdür. Təcrübə göstərir ki, belə görüşlərdə böyük nəticə əldə edilmir".

Şəbnəm Lətifi


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
big.az

1Источники