RU

Polşa Ukraynanın sülh naminə əraziləri güzəştə getməsi fikrini rədd edib

Anjey Duda: “Əgər Rusiyaya bir parça Ukrayna torpağı vermək istəyən varsa...”
Polşa Prezidenti Anjey Duda Rusiya ilə sülh yaratmaq üçün Ukraynanın ərazi güzəştləri fikrini rədd edib. AYNA xəbər verir ki, Polşa liderinin sözlərini “The Washington Times” dərc edib.
“Əgər Rusiyaya bir parça Ukrayna torpağı vermək istəyən varsa və o, ukraynalı deyilsə, qoy öz torpağının bir hissəsini Rusiyaya versin”, - deyə Prezident bildirib.
Duda əlavə edib ki, Ukrayna hərbi məğlubiyyətə uğrayacağı təqdirdə yeni müharibə olacaq: “Çünki Rusiya yenidən hücuma keçəcək”.
Prezidentin sözlərinə görə, silahlı münaqişəyə son qoymağın yeganə yolu Ukraynada rus imperializmini cəzalandırmaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
ayna.az

1Источники