RU

USAID: Bakı və İrəvan sülh müqaviləsi bağlamağa yaxındır

Ermənistan Azərbaycanla onilliklər davam edən münaqişəyə son qoya biləcək sülh müqaviləsi bağlamağa yaxındır.

Yenisabah.az xəbər verir ki, bunu İrəvanda keçirdiyi brifinqdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer deyib.

O əlavə edib ki, Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri barışıq üçün danışıqları davam etdirirlər.

Pauer əmin edib ki, Birləşmiş Ştatlar Ermənistana bu tarixi məqamdan istifadə etmək üçün əlindən gələni edəcək.

“ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Birləşmiş Ştatlar Ermənistana demokratiyanı gücləndirmək və Azərbaycanla sülh əldə etməkdə kömək etməyə hazırdır”, - USAİD rəhbəri əlavə edib.

Pauer qeyd edib ki, sülhün faydaları Azərbaycan xalqı üçün də əhəmiyyətli olacaq.


Telegram kanalımız
Избранный
58
6
yenisabah.az

7Источники