RU

Orban Ərdoğandan Ukraynadakı “sülh missiyasına” dəstək istəyib

“Ərdoğan bu münaqişədə uğurlu vasitəçilik təcrübəsi olan xarici dövlətin yeganə lideridir”
Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Ukraynadakı münaqişənin həlli istiqamətində səylərini dəstəkləməyi xahiş edib.
AYNA xarici mediaya istinadən bildirir ki, NATO sammiti çərçivəsində Ərdoğanla danışıqlardan sonra Orban deyib: “Mən cənab prezidentdən sülh missiyamızda bizə dəstək olmasını xahiş etdim”.
Macarıstanın Baş naziri vurğulayıb ki, Ukrayna münaqişəsində tərəflərin mövqeləri “hələ də bir-birindən uzaqdır”.
Eyni zamanda, Orban hesab edir ki, birgə səylərlə sülh yolu ilə nizamlanma yolunda irəliləmək olar.
Baş naziri qeyd edib ki, Ərdoğan bu münaqişədə uğurlu vasitəçilik təcrübəsi olan xarici dövlətin yeganə lideridir.
Qeyd edək ki, iyulun 2-də Orban Kiyevə səfər edib və burada münaqişənin həlli üçün Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparıb. İyulun 5-də macar siyasətçi “sülh missiyasını” davam etdirmək üçün Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. İyulun 8-də Macarıstanın Baş naziri Çinə səfər edib və Çin sədri Si Cinpinlə danışıqlar aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
ayna.az

1Источники