RU

9 ayda piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb

2023-cü ilin yanvar-sentyabrında respublika ərazisində sürət həddinin aşılması nəticəsində 474 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, həmin yol-nəqliyyat hadisələri nəticəsində 324 nəfər ölüb, 302 nəfər xəsarət alıb.

"Bundan başqa piyadavurma ilə nəticələnən 443 yol-nəqliyyat hadisəsi zamanı 227 nəfər ölüb, 240 nəfər yaralanıb, nəqliyyat vasitələrinin toqquşması nəticəsində qeydə alınan 452 yol-nəqliyyat hadisəsi zamanı 206 nəfər həlak olub, 521 nəfər yaralanıb, nəqliyyat vasitəsinin aşması ilə qeydə alınan 133 yol-nəqliyyat hadisəsi zamanı 70 nəfər ölüb, 126 nəfər yaralanıb. Eləcə də maneələrə çırpılmaqla baş verən 108 yol-nəqliyyat hadisəsində isə 73 nəfər ölüb, 100 nəfər yaralanıb”, - Toğrul Nəsirli bildirib.
 
2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. 269 piyadanı isə avtomobil vurub, onlardan 134 nəfəri dünyasını dəyişib.
 
Bakıda ötən il motosikletlərin iştirakı ilə 4 hadisə baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Moped sürücüləri isə 14 hadisə törədib. Nəticədə 1 nəfər ölüb və 14 nəfər xəsarət alıb.

Velosipedlə törədilən 4 qəzada isə 1 nəfər ölüb, 3 şəxs xəsarət alıb.
 
Aytac Zeynalova

www.anews.az
Избранный
438
1
anews.az

10Источники